Muəllif:

Bir çox cinayətlərdə təqsirləndirilənlər dəlixanadan qaçıblar

Daxili İşlər Nazirliyi Bakıda ruhi xəstələrin xəstəxanadan qaçması ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilir ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağada yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, CM 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, CM 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və CM 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Mühafizə İdarəsinin əməkdaşları — polis serjantı Vasif Rzaquliyev və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar və indi onların tutulması üçün müvafiq tədbirlər görülür…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182