Muəllif: Redaksiya
Bir ayağı gordadır, amma mülk üstündə qardaşının qanını tökdü
Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini, bir ayağı gorda olan — 64 yaşlı Niyaz Namazov atasına məxsus mülkün bölgüsü zamanı yaranan mübahisə nəticəsində özündən 11 yaş kiçik qardaşı 53 yaşlı Məhəmmədəli Namazovu sinəsindən bıçaqlayıb. Döş qəfəsindən 3 bıçaq yarası alan Məhəmmədəli Namazov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bıçaqlanma hadisəsini törədən Niyaz Namazov saxlanılıb. İlkin ifadəsini verən zaman Niyaz Namazov qardaşını ona atasına məxsus mülkdən pay vermək istəmədiyi üçün bıçaqladığını etiraf edib.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 146

