Muəllif:

Bir ailənin 3 üzvü döyülüb

Bir ailənin 3 üzvü mədən mühafizəçiləri tərəfindən döyülüb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsi ikinci Mədən küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1959-cu il təvəllüdlü İlyas Məmmədov, oğlu — 1997-ci il təvəllüdlü Etibar Məmmədov və qardaşı — 1945-ci il təvəllüdlü Abasəli Məmmədov «Balaxanıneft» Əməliyyat Şirkətinin mühafizəçiləri tərəfindən döyülüblər. Polisdən bildiriblər ki, şirkətin mühafizəçiləri İlyas Məmmədova məxsus evi qanunsuz olduğu üçün sökmək istəyiblər və nəticədə insident yaranıb.
Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Qeyd edək ki, «Balaxanıneft» Əməliyyat Şirkəti ARDNŞ-yə aid deyil və bu kimi ərazilərdə qanunsuz evlərin tikildiyi adi haldır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 107