Binali Yıldırım vaxtı dedi: dəmiryolda işlər 2014-cü ildə yekunlaşır
Türkiyənin nəqliyyat naziri Binali Yıldırım çərşənbə günü Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclasının gedişi zamanı bildirib ki, Bakı-Tbilisi-Kars dəmiryolu layihəsinin reallaşdırılması 2014-cü ildə yekunlaşacaq.
Onun sözlərinə görə, yeni xətt yalnız Azərbaycan, Türkiyə və Gürcüstanıən dəmiryolu sistemlərini birləşdirməyəcək, o cümlədən Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasına imkan verəcək :»Bu layihə yalnız bizim ölkələr üçün deyil, həm də Asiyadan Avropaya yüklərin daşınmasını təmin etmək üçün çox əhəmiyyətlidir».
Türkiyənin nəqliyyat naziri əlavə edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra BTQ layihəsindən faydalana bilər. Nazir qeyd edib ki, Bakı-Tiflis-Kars dəmir yolu xətti təkcə Azərbaycan, Türkiyə və Gürcüstana aid olan layihə deyil: “Bu xətdən bölgədə olan dövlətlər də yararlana bilərlər. Ancaq Ermənistan bu layihədən istifadə etməsi üçün bir sıra öhdəlikləri həyata keçirməlidir. Qardaşımız Azərbaycanın işğal etdiyi torpaqlarından çıxmalı, aralarındakı problemləri tamamilə bitirməli, ixtilaflara son qoymalı, bölgədə sülh içində yaşamağın dəyərini öyrənməlidir. Bundan sonra ermənilər gəlib şərq və qərb inteqrasiyasında iştirak edə bilərlər. Biz bu layihələri bəzək üçün etmirik, insanların istifadə etməsi üçün həyata keçiririk”.