Muəllif:

Binaların ətrafinda sanitar yaşıllıq zolaqları məhv edilir

Paytaxtda binaların ətrafinda sanitar yaşıllıq zolaqlarının ayrı-ayrı şəxslərə baha qiymətə satılması və bu zolaqlarda ağacların və kolların məhv edilməsinin fonunda (məsələn, bu müdhiş halı Sabunçu rayonu ərazisində hər gün müşahidə edirik) ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 2,5 dəfə artdığı barədə rəqəm açiqlanıb.

Hökumətin parlamentə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunur ki, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil etməklə 892,5 min hektara çatdırılıb və 2003-cü illə bu ərazilərin sahəsi 2,5 dəfə artıb.

Prezidentin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə çox önəmli təşəbbüsü çərçivəsində aparılan işlərə də toxunulur və deyilir ki, ötən il ərzində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri, o cümlədən 3,1 min hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7,5 min hektar sahədə aparılıb. Bu tədbirlər nəticəsində meşə ilə örtülü sahələr, 2002-ci illə müqayisədə 0,4 faiz artaraq ölkə üzrə ümumi sahənin 11,8 faizini təşkil edib. Bunlar özlüyündə pis rəqəmlər deyil, lakin şəhər daxilində isə binaların ətrafindakı sanitar yaşıllıq zolaqları işbazların hədəfində qalmaqda və icra hakimiyyətlərinin gözü
qarşısında müəmmalı bir şəkildə qəsb olunmaqdadır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 233