Muəllif:

Biləsuvar sərhəd-keçid məntəqəsində avtomobillərin gediş-gəlişi dayanıb

Biləsuvar sərhəd-keçid məntəqəsində piyadaların gediş-gəlişində hər hansı problem olmasa da, avtomobillərin hərəkəti üçün hələ də məhdudiyyətlər qalmaqdadır. Sərhədin bir neçə gün bağlı olması ilə əlaqədar İrandan Azərbaycana gəlmək keçmək istəyən, eləcə də Azərbaycandan qarşı tərəfə keçmək istəyən xeyli sayda avtomobillərin növbəsi yaranıb. Hazırda növbədə dayanan avtomobillərin sayı azalsa da, onların keçidi məhdudiyyətlərlə reallaşdırılır.
Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən bağlamışdı. Bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığı bildirilirdi.
Noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib.
İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycan və İran sərhədçiləri arasında iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli məqsədilə görüşlər keçirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 339