Muəllif: Redaksiya
Bidzina İvanişvili Nobel Mükafatına namizəd göstərildi
Gürcüstan baş naziri Bidzina İvanişvili Nobel Sülh Mükafatına namizəd göstərildi. Norveç Nobel Komitəsinin katibi Ceyr Lundestat onun namizədliyini qeydə alıb.
Qruziya Online saytına istinadən, Bidzina İvanişvilinin və bir sıra gürcü ictimai fəalın namizədliyi Kanadada fəaliyyət göstərən SSRİ və Şərqi Avropa Araşdırmaları İnstitutunun birinci direktoru Roman Finn tərəfindən 2012-ci ildə Gürcüstanda keçirilən parlament seçkilərində verdikləri töhfələrə görə irəli sürülüb. Onunla birlikdə mükafat uğrunda 259 nəfər mübarizə aparacaq. Qalib 2013-cü il oktyabrın 11-də müəyyən olunacaq.
Bölüm: Dünya
Oxunma sayı: 148