Muəllif: Redaksiya
Bıçağı atasının kürəyinə soxdu
Hadisə Sumqayıt şəhərində baş verib. Köhnə Coratda yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb. Aydın Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə keşinib.
Sumqayıt şəhər Polis İdarəsindən faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən Veysəl Mahmudov tutulub. Faktla bağlı cinayət işinin başlandığı, istintaq aparıldığı deyilir.
Bölüm: Kriminal
Oxunma sayı: 178