Beynəlxalq Caz Festivalında maraqlı çıxışlar olacaq
Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Caz Festivalının açılış mərasimi olub.
Noyabrın 2-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı keçirilir.
Açılışda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, ABŞ səfiri Riçard Morninqstar iştirak ediblər. Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər — Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda Azərbaycanın tanınmış ifaçıları — Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
Bakı artıq 11-ci dəfədir ki, Beynəlxalq Caz Festivalına ev sahibliyi edir. Bu dəfə festivalın açılışını Joşua Redman edib, deyə Turan-ın xəbərində bildirilir.