Muəllif: Redaksiya
Bəstəçi Şəfiqə Axundovanın səhhəti pisləşib
Şərqin opera yazan ilk qadın bəstəçisi Şəfiqə Axundovanın səhhəti pisləşib. Ötən gün saat 23:00 radələrində Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onun səhhəti ötən axşam qəfildən pisləşib. Həkimlərin müdaxiləsindən sonra xalq halı normallaşıb. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilib. Daha sonra Bakıya xəstəxanaya gətirilib.
Bir aya yaxındır Şəkidə yaşayan bəstəçinin bu müddət ərzində səhhətində hər hansı problem yaranmadığı deyilir. Axundova 89 yaşındadır, xeyli vaxtdır ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində bir neçə dəfə müalicə edilib.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 172