Muəllif:

Beş dərslik zay çıxdı

TQDK monitorinqlərdən sonra orta məktəblərin III sinif şagirdlərinin 3 dərsliyinin — «Azərbaycan dili», «Riyaziyyat» və «Həyat bilgisi»nin məktəblərdə istifadəsinin məqsədəuyğun olmaması barədə rəy hazırlayıb.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün Trend-ə bildirib ki, hazırda III sinif dərsliklərinin rəylərinin qurumun internet saytında yerləşdirilməsi üçün işlər aparılır. Dərsliklərin rəyləri yaxın saatlarda TQDK-nın saytında olacaq. III sinif üzrə dərsliklərin monitorinqinin nəticələri ilə bağlı rəylər artıq TQDK tərəfindən Təhsil Nazirliyinə təqdim edilib.
Nağızadə bildirib ki, TQDK I və III siniflər üzrə ümumilikdə 15 fənn üzrə dərslik və dərs vəsaitinin monitorinqini başa çatdırıb. I siniflər üzrə iki dərsliyin istifadəsi məqsədəuyğun hesab edilməyib. Digər I sinif dərsliklərinin gələcəkdə təkmilləşdirməsi barədə rəy verilib. Artıq həmin dərsliklərlə bağlı bütün yekun rəylər TQDK-nın saytında yerləşdirilib və Təhsil Nazirliyinə təqdim edilib.
TN dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Trend-ə deyib ki, bütün III sinif dərslikləri ilə rəylər artıq onlara təqdim edilib. Şöbə müdirinin sözlərinə görə, TQDK-nın bəzi rəyləri həmin dərsliklərin gələcək nəşrlərində nəzərə alınacaq.
«Əlbəttə, onların dedikləri çox çiydir. Orada müəllif rəyi nəzərə alınmayıb. Bizim tanınmış ekpertlərimiz bu dərslikləri qiymətləndiriblər. Bu dərsliklər elə-belə çap edilməyib. Dərsliklərin monitorinqində iştirak edən ekspertlər bizim dərsliklər haqqında həmişə mənfi fikirlər səsləndiriblər», — Şahbazlı deyib.
Şahbazlı dərsliklərin müzakirələrində səslənən bəzi fikirlərə etirazını bildirdiyini də deyib.
«Etirazımızı TQDK sədri Məleykə Abbaszadəyə də bildirmişik. Müəlliflər bunu özlərinə böyük təhqir hesab edirlər. Biz bu qədər zəhmət çəkib dərslikləri qiymətləndirmişik, ancaq onlar hansı meyarlarla bunu qiymətləndiriblər? Ancaq ümumi sözlərlə rəy veriblər», — Şahbazlı əlavə edib

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149