Muəllif:

Berti Foqtsla iki illik müqavilə imzalandı, köməkçiləri dəyişdirildi

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclasında milli komandanın baş məşqçisi Berti Foqtsun gələcək işlərinə aydınlıq gəlib. Almaniyalı mütəxəssisin millimizdəki işini davam etdirməsi qərara alınıb. Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanması haqda qərar verilib. Bu isə o deməkdir ki, 67 yaşlı mütəxəssis Avro 2016 seçmə mərhələsinin oyunlarında da yığmamızın sükanı arxasında olacaq.

Artıq Foqtsun yeni köməkçiləri də müəyyənləşib. «Kəpəz» klubunun sabiq baş məşqçisi Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun yeni köməkçiləri təyin olunublar.

Qeyd edək ki, Berti Foqts 2008-ci ilin mart ayından Azərbaycan millisini çalışdırır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129