Muəllif:

Berti Foqts: «Oyun məni qane etmədi, çünki komandam cəmi 20 dəqiqə oynadı»

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə 1:1 bərabərə qalan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşərkən qeyd edib ki, komandası «cəmi 20 dəqiqə oynayıb». O deyib:

«Komandam 1 xal qazandığı üçün şadam. Ancaq oyun məni qane etmədi. Çünki komandam cəmi 20 dəqiqə oynadı. Hansı ki, belə oyunlarda bu çox azdı. Bilirəm ki, daha yaxşı oynaya bilərik. Şimali İrlandiya ilə oyunda yaxşı oyun və nəticə gözləyirəm. Biz topu daha çox saxlamalıyıq».

İsrail-Azərbaycan görüşünü isveçli hakim Stefan Yohanesson idarə edib. Heyətlər belə idi:
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov. 5. Elnur Allahverdiyev, 7. Araz Abdullayev, 9. Cihan Özkara, 10. Rüfət Dadaşov. 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 19. Rahid Əmirquliyev
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Bədavi Hüseynov, 6. Rəşad Sadiqov, 8. Qara Qarayev, 13. Ruslan Qurbanov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov. 18. Maksim Medvedev, 20. Ufuk Budak, 21. Vladimir Levin, 22. Elhad Nəziri

İsrail: 1. Dudu Avat, 13. Şeran Yeini, 21. Eytan Tibi, 3. Tal Ben-Haim, 15. Ofir Davidzadə, 4. Qal Alberman, 6. Bibras Natxo, 7. Eran Zahavi, 8. Hen Ezra, 5. Maor Melikson, 11. Etey Şexter
Ehtiyat oyunçular: 18. Ariel Haruş, 23. Ofir Marsiano, 16. Oz Rali, 12. Dekel Keynan, 17. Şir Tzedek, 2. Yuval Şpingin, 14. Nir Bitton, 9. Lior Refaelov, 20. Mahran Radi, 10. Elyaniv Barda, 22. Omer Damari, 19. Şimon Abihazira
Baş məşqçi: Eli Qutman
Rahid Əmirquliyev 61-ci dəqiqədə hesabı açıb,73-cü dəqiqədə isə Sexter hesabı bərabərləşdirib.
Bu 1-1 hesabı millimizə 5-ci xalı qazandırmışdır.

Xəbərlərə görə, İsraillə Azərbaycan milliləri arasındakı oyun zamanı yerli komandanın tərəfdarları Dağlıq Qarabağdakı erməni icmasının qondarma bayrağını asıb. Oyunun sonunadək o,stadionda asılı vəziyyətdə qalıb.
Xatırladaq ki, Polşanın “Piast” klubunun tərəfdarları da “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə oxşar hərəkət etmişdilər. Onların yolverilməz davranışları cəzasız qalmayıb. UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələyib.
Millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də Bakıda Quzey İrlandiyaya qarşı keçirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150