Muəllif:

Berti Foqts: “Klub məşqçiləri ilə münasibətlərim pisdir”

Berti Foqtsun klub məşqçiləri ilə münasibətləri pisdir. Deyir ki, klubda çalışan həmkarları ilə son görüşü zamanı onlar ona iradlarını bildiriblər. Onu «alman rəhmsizliyi ilə çalışmaqda» ittiham ediblər. Bu səbəbdən yığıncağı tərk edib. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu sözləri Vətənində verdiyi açıqlamada deyib, deyə Apasport.az saytının xəbərində bildirilir.

Foqts ilin sonunda başa çatacaq müqaviləsinin uzadılmamağının gündəmə gəlməsində əsas hesab edilən nəticələrin yoxluğunda klubları da günahkar sayır. Çünki klublar da qitə kuboklarında zəif çıxış edirlər: “İnsanlar televiziya ilə Çempionlar Liqasına baxır və orada oynamağın çətin olmadığını düşünür. Klublar uğursuz çıxış etdiyi halda, yığmada nəyəsə nail olmaq çətindi. Hazırda yalnız bir Azərbaycan klubu avrokuboklarda mübarizəni davam etdirir. Portuqaliya ilə qarşılaşmada 0:2 hesabı ilə uduzduğumuz üçün üzr istəməliyəm ki? Ümid edirəm ki, növbəti matçlarda da bundan böyük hesabla uduzmayacağıq. Gündəlik 1 saat məşq etməklə, heç nəyə nail olmaq mümkün deyil”.

2008-ci ildən yığmamızda çalışan Foqtsun müqaviləsi bu ilin sonunda başa çatır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105