Berlində «Əsəd bəyin əzabları» filminin premyerası olub
Berlində «Əsəd bəyin əzabları» filminin premyerası olub. 2004-cü ildən çəkilişləri Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda aparılılan film dünən (May ayının 2-də ) Berlinin Babylon Sinemasında Almaniya ictimaiyyətinə təqdim edilmişdir, deyə təşkilatçılar xəbər verirlər.
Premyeraya İtaliya, Avstirya bə Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniya ictimaiyyətinin görkəmli mədəniyyət və kino xadimləri, mətbuat mənsubları, Əsəd Bəy sevərlər, Almaniyada yaşayan soydaşlarımız və Azərbaycanın Almaniya səfiri P.Şahbazov iştirak etmişlər.
Tənqidçilər və mediya mənsubları filmi yüksək qiymətləndiriblər. Filmdə Əsəd Bəyin unudulmuş br yazar olaraq yenidən dünya ədəbiyyatında reabilitasiyasında önəmli rol oynayan, onun Avropada ilk azərbaycanlı tədqiqatçısı və filmin əsas protoqonistlərindən biri olan Nuridə Atəşi Berlində Əsəd Bəyin yaşadığı evin önündə onun xatirə lövhəsinin, Əsəd Bəyin arxiv sənədlərinin, əlyazmalarının, „Sevgidən bixəbər kişi“ adlı son əlyazmasından bir parçasını ilk dəfə olaraq onun öz vətəni olan Azərbaycanda „Yüz ilin sirləri- şərin və böhtanın qurbanı“ adlı kitabında çap etdirməsi, İtaliyanın Pozitano şəhərində Əsəd Bəyin baş daşışının onun son vəsiyyətinə uyğun olaraq üzü Məkkəyə dəyişdirilməsi səhnələri izləyicilərdə kövrək hisslər doğurmuşdur.
Primyerada iştirak edən Berlin Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd Bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsü qurucusu adlandırmış bu böyük dahi yazarın dünya ədəbiyyatında, eləcə də Alman və Azərbaycan ədəbiyyatında önəmli bir yeri olduğunu xüsusi vurğulamışdır.
Nuridə Atəşi təşəkkür nitqində bu günkü Almaniyanın tolerant bir ölkə olduğuna, bu gün bu ölkədə təqiblərə məruz qalmadan, şərin və böhtanın qurbanı olmadan, Əsəd bəyin əzablarını çəkmədən dünyanın bütün mühacir yazarlarını rahat və azad yaşayıb, yazıb-yarada bilməyindən məmnunluğunu bildirmirmişdir.
Səfir Şahbazov filmin yaradıcı qrupunu film münasibəti ilə təbrik etmiş və dərin təşəkkürlərini bildirmişdir.