Muəllif:

Berlin Filarmoniyası Nəfəsli Alətlər Kvintetinin Bakıda konserti olacaq

Noyabrın 23-də Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti ilk dəfə olaraq Bakıda Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Bu barədə APA-ya Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunan klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Motsart, Anton Reyxa, Dalius Milhaud və Karl Nilsenin əsərləri səslənəcək.

Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti 1988-ci ildə yaradılıb. O, Berlin Filarmoniyasının tarixində təsis olunmuş ilk daimi kvintetdir. 25 ildir fəaliyyət göstərən kvintetin üzvləri: Maykl Hazel (fleyta), Andreas Vitman (qoboy), Volter Seyfars (klarnet), Ferqus MakVilyam (truba), Marion Reinhard (faqot).

İfaları ilə dinləyiciləri heyran edən Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti Avropa, Avstraliya, İsrail, Uzaq Şərq, Şimali və Cənubi Amerikada konsertlər verib. Bundan başqa ansambl Berlin, Edinburq, Salzburq festivalları, Marsel Kvintet Biennallesi kimi beynəlxalq tədbirlərin ən populyar çıxışçılarından olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176