Muəllif:

Bəlkə səfir 75% — 25% məsələsində bizim seşkilərə kinayə edib?

Bəlli 75% — 25% məsələsi gündəmdən düşmür və belə getsə hələ çox xatırladılacaq. Bu dəfə Elnur Aslanov danışıb. Deyib ki, Ramiz Mehdiyevin ifadə etdiyi rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən səsləndirilib. O əlavə edib: «Qapalı görüşlərdə bir cür, mətbuat üçünsə ayrı cür danışılmasını yolverilməz sayırıq”.

Bəlkə səfir 75% — 25% məsələsində bizim seşkilərə kinayə edib? Bu da ola bilər. Nəsə maraqlı situasiyadır.

Aslanov isə deyir: “Seçki ərəfəsində Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ rəsmi nümayəndələri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin yüksək etimad reytinqinə malik olması və alternativsizliyi, eləcə də həyata keçirilən əhatəli sosial-iqtisadi proqramlar nəticəsində dövlət başçısının əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyi daim vurğulanıb”.

Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun “ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin prezidenti seçkiləri ərəfəsində ABŞ rəsmi nümayəndələrinin onlara 74-75% səslə kifayətlənməyi və Milli Şuranın namizədinə 25% səs yazmağı məsləhət gördükləri haqda bəyanatına münasibət bildirib. Bu haqda nə deyə bilərsiniz” sualına cavabında reaksiyası belə olub:
“Qeyd etmək vacibdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə keçirilən müxtəlif görüşlərdə səsləndirilib. Qapalı görüşlərdə bir cür, mətbuat üçünsə ayrı cür danışılmasını yolverilməz sayırıq. Dövlət Departamentinin mövqeyi haqda isə sadəcə bir şeyi qeyd etmək olar — onların real əməllərinin və təkziblərinin nəyə yaradığını bütün dünya “WikiLeaks”in nümunəsində gördü”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173