Muəllif:

Bəlkə İranla sərhəddə keçidə məhdudiyyət qoyulsun?

Belə görünür bu addımı atmaq lazım gələcək. Özəlliklə İranla sərhəd rayonların əhalisi narkomaniyanın fəsadlarının pəncəsində inləməkdədir. Nə qədər narotik qaçaqçısı, narkotik alverçisi tutmaq olar? Hamısı da İslam Cümhuriyyəti ilə bağlılıqda. Bu ölkə vətəndaşları ilə alverdə başqa gözədəyər bir mal yoxmu? Fəsadlar baş alıb gedir. Bəlkə İranla sərhəddə keçidə məhdudiyyət qoyulsun?
Budur, İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Alidə Məmmədova, Camal Rzayev və Ramil Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Onları MTN ifşa edib. Alidə Məmmədova, Camal Rzayev, Ramil Rzayev, habelə şəxsiyyətləri istintaqla araşdırılan Rəsul və Əsgər adlı İran vətəndaşları cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda heroini qaçaq yolla Azərbaycana gətiriblər.
Bəlli olub ki, 2012-ci il iyulun əvvəlində Alidə Məmmədova İranın Astara şəhərinə gedib və orada satış məqsədilə qaçaq yolla külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsi barədə tanışı Rəsulla sövdələşib. Rəsul külli miqdarda heroini qaçaq yolla Azərbaycanın Cəlilabad rayonunun ərazisinə keçirilməsini və orada gizlədilməsini təşkil edib. Sual olunur — Sərhədçilər hara baxırmış?
Bundan sonra Əsgər adlı digər iranlı Camal Rzayevə narkotik vasitənin gizlədildiyi yer barədə məlumat verib. Camal Rzayev qrupun digər üzvü Ramil Rzayevlə birlikdə sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomaşınla Cəlilabad rayonuna gedərək narkotik vasitəni həmin gizli yerdən götürüb və Astara rayonunun Rüdəkənar kəndinə apararaq Alidə Məmmədovaya çatdırıblar. Camal Rzayev əvvəlcədən əldə edilmiş razılığa əsasən, Alidə Məmmədovadan aldığı 700 manat puldan 200 manatı Ramil Rzayevə verib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qrupun üzvləri yaxalanmış, onlardan 572,3 qram heroin aşkar edilərək götürülüb.
Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Camal Rzayev və Ramil Rzayevin hər biri 10 il, Alidə Məmmədova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Ramin Süleynmanova da hökm oxunub. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 5 il cəza təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188