Muəllif:

Belə sərgilər tez-tez olaydı

«Baku Creative Center» sərgi salonunda dekorativ tətbiqi sənət ustalarının sərgisi keçirilib. «Trend»in məlumatına görə, sərgidə müxtəlif sənət növləri təqdim olunub: xalça, qobbelen, batika, bədii keramika, bədii metal, bədii şüşə, bədii kafel, taxta oyma. Mir Teymur Məmmədov, İmran Kərimov, Saleh Məmmədov, İnna Kostina, Tamilla Qurbanova, Vahid Məmişov, Cəfər Əliquliyev, Ramiz Abbasov və bir sıra gənc rəssamların iştirak etdiyi sərgi böyük marağa səbəb olub.
Açılışda çıxış edən rəssamlar dekorativ tətbiqi sənət sərgisinin keçirilməsinin vacibliyini qeyd edib, sərginin «Baku Creative Center»in ən uğurlu layihələrindən olduğunu vurğulayıblar.
Dekorativ tətbiqi sənət sərgisinin keçirilməsinin əsas məqsədi Azərbaycanda yüzillərdən bəri yol gələn qədim sənət növlərinin bugünkü formasiyalarını tamaşaçılara təqdim etmək, yaradıcı gənclərdə bu sahələrə olan marağı daha da artırmaqdır. Sərgidə olan bütün sənət örnəkləri satışa çıxarılıb. Sərgi yanvarın sonuna kimi davam edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 339