Muəllif: Redaksiya
Belarus səfirliyi «1 faizə» aydınlıq gətirdi
Belarusun Azərbaycan səfirliyi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin fikirlərinə etiraz edib. Səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Azərbaycandan Belarusa 1 faiz dərəcəsi ilə kredit verilməsi barədə bəyanatı həqiqətəuyğun deyil:
«Hazırda Belarus hökumətinin Azərbaycan hökuməti qarşısında borc öhdəliyi yoxdur. Maliyyə-kredit sahəsində iki ölkənin təsərrüfat subyektləri arasında münasibətlər sırf bazar prinsipləri əsasında qurulur».
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 199