Bəəlbəydə Livan «Hizbullah»ına hücum edildi
Livan ordusu Suriya ilə sərhəddə yerləşən Bəəlbəy şəhərinə əlavə hissələr cəlb edir. Bu şəhərin mərkəzindəki nəzarət-buraxılış məntəqəsi sentyabrın 28-də islamçılardan ibarət silahlı dəstələrin hücumuna məruz qalıb. RİA Novostinin şəhərin meri Həmid Həsənə istinadən yaydığı xəbərə görə, hazırda qoşunlar şəhərə artıq daxil olmasına baxmayaq, şəhərin bir sıra rayonlarında toqquşmalar hələ də davam edir. Bəəlbəy şəhərinin müdafiəsi üçün fövqəladə qərargah yaradılıb.
Merin sözlərinə görə, yerli qanunsuz silahlı dəstələrin üzvlərinin və Suriya müxalifətidöyüşçülərinin daxil olduğu dəstə Livanın Hizbullah hərəkatının şəhərin mərkəzindəki postuna hücum edib. Toqquşmada azı üç nəfərin öldüyü bildirilir, yaralıların sayı dəqiqləşdirilir. Şahidlərin sözlərinə görə, hücum edənlər avtomat, qumbaraatan və pulemyotlarla silahlanıb.