Muəllif:

Bayıldım, müdhiş bir ləzzətdir!

Aydın Brilliant xanımın dünən Bakıdan apardığı əncir mürəbbəsinin də dadına baxdı və dedi:”Bayıldım, müdhiş bir ləzzətdir!”.
Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” proqramının bu həftəki qonağı qardaş ölkədə sevilən sənətçi Aydın idi. Proqram başlayanda Brilliant xanım xəbər verdi ki, Aydın Azərbaycanda və Türkiyədə çox sevilən mahnıları ifa edəcək. Və proqram boyunca demək olar bütün mahnıları duet oxudular.
Brilliant xanım bildirdi ki, bu dəfə Azərbaycandan musiqicilər dəvət etməyib. Amma buna baxmayaraq Aydının orkestri “Tut ağacı boyunca”nı bilir. Onların müşayiəti ilə sənətçimiz bu mahnını məharətlə ifa etdi. Brilliant xanım onu da bildirdi ki, “Öylə bir keçər zaman ki” serialında baş rol oynayan Ali kapitan (Erkan Petekkaya ) bu mahnını proqramların birində çox gözəl ifa edib.
Aydın Brilliant xanımı səhnəyə çıxdığı məkana dəvət etdi. O təklifi məmnuniyyətlə qəbul etdi. Lakin sonra öyrəndi ki, o səhnəyə gecə saat 1-də cıxır:”Mən tez yatmağa alışmışam. Elə gecə saatlarında oyaq qala bilmirəm. Amma çalışacam gəlim”.
Brilliant xanım “Facebook”-da hər gün öz videolarını paylaşmasının səbəbini də açıqladı:“Bəzən yazmağa səbrim çatmır, artıq demək istədiklərimi videoyaya çəkərək profilimə yerləşdirirəm”.
Aydın bildirdi ki, onun adından “Facebook”-da profil açanları dəfələrlə məhkəmələrə verib:”Bunu edənlər adımdan heyranlarıma cavab verməklə onları məyus edirlər. Məhkəmə qərarı ilə həmin profilləri bagladılar. Amma yenə də bunu edənlər tapılır”.
Plastik prosedurlardan sonra sifətində müəyyən problemlər yarandığını deyən Aydın dedi:”Sifətimə gellər vurulmuşdu. 4 il sonra bu gellər allergiya verdi, həkimlər əməliyyatla geli cıxartdılar. Amma sifətimdə bəzi toxumalar tam sağalmayıb. Bundan sonra əməliyyat olunacam”.
Brilliant xanım da etiraf etdi ki, iki dəfə plastik əməliyyat etdirmək fikrinə düşüb lakin müraciət etdiyi həkim Erol bəy bundan imtina edib:”Mən gözlərimin badamı görünməsi üçün saçlarımı hər iki tərəfdən rezinlə dartıram. Bunu mənə 10 il öncə bərbərim öyrədib. Amma artıq sacımın qulağımın dibinə qədər o qədər çəkib yığmışam ki, sacım qalmayıb. Amma həkim baxdı, dedi hələ ehtiyac görmürəm. 3 kilo kökəlmişəm, idmanla arıqlamaq mənə uzun gəlir. Fikirləşdim ki, 2 saata bu qarından azad olum. Həkim yenə imtina etdi, dedi ki, 1 ay idman et, pəhriz saxla, əvvəlki halına qayıt. Çox calışsam da 3 kilo arıqlaya bilmirəm, gecələr yeyirəm. Hazırda 59 kiloyam”.
Aydın da bildirdi ki, Brilliant xanımın doğurdan da plastik əməliyyata ehtiyac yoxdu. Ancaq arıqlamaq ücün onu öz dietoloqu ilə tanış edə bilər:” Baxmayaraq ki, mən 3 kilo üçün dietoloqa getməzdim, özüm arıqlamağa çalışardım”.

Onu da vurğulamaq yerinə düşər ki, Türk ölkələrində yayımlanan bu proqram kifayət qədər böyük seyrçi auditoriyası toplayıb. Çünki Brilliant xanım türk musiqi sevərlərin nəbzinu tuta bilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178