Batumidə came barədə razılığa gəlinib
Gürcüstanın Batumi şəhərində yeni came inşa ediləcək. Bu barədə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya jurnalistlərə bildirib. Gürcüstanın baş naziri Bdinidzina İvanişvilinin Türkiyəyə rəsmi səfəri zamanı Batumidə yeni came məsələsi müzakirə olunub və baş nazir söz verib ki,camenin tikinti məsələsi tezliklə həll olunacaq.
«Türkiyə ilə bu sazişin imzalanması o demək deyil ki, biz Əziziyyə camesinin bərpasına razılıq vermişik. Ən başlıcası odur ki, biz razılığa gəldik. Əziziyyə məscidi ilə əlaqədar biz hələ fikir bildirmirik, lakin Batumidə yeni məscid tikiləcək. Amma onun harada tikiləcəyi məlum deyil,” – deyə Q.Odişariya bildirib.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze isə jurnalistlərə açıqlamasında yeni tikili üçün sahəni Acarıstanın yerli hakimiyyətinin seçəcəyini bildirib. Onun sözlərinə görə, Batumidə müsəlmanların ibadət etməsi üçün məscidin inşası üçün xüsusi sahə seçiləcək: «Bu yer hələ seçilməyib, lakin harada tikiləcəyini təxmini bilirik. Tikili üçün yerin ayrılmasına Acarıstanın yerli hakimiyyəti qərar verəcək. Bunun əvəzinə, gürcü mütəxəssisləri Türkiyədəki Oşk və İşxan məbədlərinin bərpasını həyata keçirəcəklər», — M.Pancikidze bildirib.
Acarıstanın əhalisi sünni müsəlmanlardır. Öz Müsəlman Ruhani İdarəsi var.