Muəllif: Redaksiya
Baş nazirin müavini oğlunun və kürəkəninin davranışına görə istefaya göndərildi
Türkmənistan prezidenti bu qərarını başqa məsul şəxslərə görk olsun deyə qəbul edib. Baş nazirin müavini övladlarının davranışına görə istefaya göndərilib.
Prezident Qurbanqulu Berdımühəmmədov baş nazirin müavini, prezident aparatı işlər idarəsinin rəisi Hocamühəmməd Mühəmmədovu istefaya göndərdiyi barədə yerli televiziya xəbər yayıb.
Müvafiq qərar Nazirlər Kabinetinin genişləndirilmiş iclasında daxili işlər naziri İsgəndər Mullikovun səsləndirdiyi məlumatdan sonra qəbul olunub. Mullikov bildirib ki, Mühəmmədovun iki oğlu və kürəkəni Aşqabadın əyləncə mərkəzlərində, Avaza turizm zonasında və hətta təyyarədə dəfələrlə dava salıb…
Bölüm: Dünya
Oxunma sayı: 206