Muəllif:

Baş nazir: Marqvelaşvili birinci, Bakradze ikinci olacaq

Prezident seçkilərində böyük ehtimalla ikinci yerə prezidentin «Vahid milli hərəkat» partityasının namizədi David Bakradze çıxacaq. Gürcüstanın Baş naziri Bidzina İvanişvili «İmedi» telekanalının efirində deyib ki, bunu bütün sosial sorğular və təhlillər də təsdiq edir: «Bütün təhlillər göstərir ki, Bakradze ikinci olacaq.
Bundan başqa, Baş nazir bəyan edib ki, təmsil etdiyi koalisiyadan namizəd olan Georgi Marqvelaşvili I turda 60 faizdən az səs toplasa, məyus olacaq: «Əgər o, 51 faiz səs toplasa, bu məni məyus edəcək, çünki il ərzində fəaliyyətimiz daha yüksək qiymətə layiqdir».
Qeyd edək ki, Gürcüstanda Prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143