Muəllif:

Baş Konsulluğumuzun önündə mənası anlaşılmayan piket keçirilib

Azərbaycanın Sankt-Peterburq Baş Konsulluğu önündə bir qrup şəhər sakini mənası anlaşılmaz piket keçiriblər. Onlar milliyyətcə azərbaycanlı, lakin Rusiya vətəndaşı olan iş adamı Vaqif Məmişov tərəfindən şəhərdəki keçmiş Farforov qəbiristanlığı ərazisinin bir hissəsində ticarət-əyləncə mərkəzinin tikintisinə etiraz edirmişlər.

Aksiya zamanı xoşagəlməz hadisə baş verib — iki naməlum şəxs piketdə iştirak edən bir yaşlı qadına yaxınlaşaraq onun plakatını cırıb və onun üstünə süd töküblər. KİV o saat bu şəxslərin azərbaycanlı olduğu barədə məlumatlar yayıblar.

Baş Konsulluq bu insidentin planlaşdırılmış fitnə ola biləcəyindən vaxtında duyuq düşüb və narahatlığını bildirib, şəhər sakinlərini və soydaşlarımızı fitnələrə uymamağa çağırıb. Baş Konsulluq bəyan edib ki, məsələ ətrafında yaranan vəziyyət Rusiyanın və bu ölkənin şirkətlərinin daxili işidir. Məsələnin Baş Konsulluğa və Azərbaycan Respublikasına heç bir aidiyyəti yoxdur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156