Baronessa «qara siyahı»ya düşdüyünə «böyük bir zarafat» kimi baxır
Lordlar palatasının üzvü, 20 ildən çoxdur ermənilərə sözçülük xidmətləri göstərən baronessa Kerolayn Koks ölkəmizə qanunsuz daxil olmuş əcnəbilərin Azərbaycan XİN tərəfindən tərtiblənmiş «qara siyahı»sına salındığına reaksiya verib və deyib ki, buna «yumor, böyük bir zarafat» kimi baxır. «Fəxr edir ki, görkəmli isimlərin yanında onun da adı var».
Zori Balayanın 20 ildir «podruqası» kimi tanınan bu arvad bəlkə fərqində deyil ki, onun özü artıq erməni dostları arasında lətifə mövzusudr. Öz acı təcrübəsindən bilməmiş deyil ki, ermənilər sınaqdan çıxmış müəyyən «metodlar» vasitəsilə qarmağa keçirdikləri şəxslərlə bir cındır kimi rəftar edirlər. Vaxtaşırı onların adından bu kimi ifadələr quraşdırıb yaymaq onların adətidir və bu işi insafən pis mənimsəməyiblər. Biri də bu aldadılmış, əldə oyuncağa cevrilmiş, sovet «jiqulisi» kimi istismar müddəti bitsə də hələ də işlədilən bu ingilis arvad…