Baqrat Asatryan: Ermənistan gələcəyi olmayan ölkəyə çevrilir
Ermənistan Mərkəzi Bankının keçmiş sədri, nüfuzlu iqtisadçı Baqrat Asatryan dünən İrəvanda mətbuat konfransında yaşadığı ölkə üçün çox düşündürücü bir açıqlama ilə çıxış edib. Sabiq baş bankir deyib ki, əgər belə davam edəcəksə, Ermənistan gələcəyi olmayan ölkəyə çevriləcək.
Asatryan qeyd edib ki, 5-7 ildən sonra Ermənistanda ölümün səviyyəsi doğumun səviyyəsini aşacaq və artıq bu gün bu iki göstərici bir-birinə təhlükəli dərəcədə yaxındırlar. Əlavə edib ki, Ermənistan demoqrafik fəlakətin astanasındadır. Mühacirətin artan səviyyəsi ölkədən kütləvi qaçışı xatırladır.
Onun sözlərinə görə, yalnız pensiya yaşlı adamların sayı artır, iı qabiliyyətli vətəndaşların sayı isə azalmaqdadır ki, bu da təbii olaraq təkrar istehsalın səviyyəsinə mənfi təsir göstərir.
«Rəqəmlərə əsasən, 20 yaşlı qızların hər 5-cisi heç vaxt ana olmayacaq. Çünki bu gün kişi-qadın nisbəti belədir.»
Asatryan Avropa Birliyinin mühacirətin qarşısını almaq üçün Ermənistana təqdim edəcəyi 1 milyon avronun ölkədə keyfiyyət dəyişikliyinə gətirib
çıxarmayacağını deyib. «Ondan başlayaq ki, AB-nin bu proqramı
Ermənistanda mühacirətin azaldılmasına yönəlməyib, KİV-də bu yanlış təqdim olundu. Bu, AB-nin 4 bənddən ibarət növbəti proqramıdır, onlardan yalnız biri Ermənistandan olan mühacirlərin geriyə vətənə qaytarılmasına aiddir. Proqramın məqsədi qanunsuz mühacirətin qarşısını
almaqdır ki, əgər proqram mühacirətin səviyyəsinin azaldılmasına yönəldilmiş olsaydı belə, 1 milyon avro bunun üçün yetərsizdir.
O hesab edir ki, sistemi dəyişmək lazımdır, əks halda Ermənistan gələcəyi olmayan ölkəyə çevriləcək.