Muəllif: Redaksiya
Bankomat kartından oğurluq etdi, 11 ay sonra yaxalandı
İnternet vasitəsi ilə başqasının bankomat kartından pul çıxaranın şəxsiyyəti müəyyən edilib. DİN mətbuat xidməti bildirir ki, 2012-ci il iyunun 9-da Qazax rayon sakini Şaiq Nəsirov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət edərək 2012-ci ilin mayında onun bankomat kartından internet vasitəsi ilə 977 manatının çıxarıldığını bildirib.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Üstündən 11 ay keçdikdən sonra oğurluğun kim tərəfindən törədildiyini müəyyən etmək mümkün olub.
Belə ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisənin paytaxtın Qara Qarayev prospektindəki internet klubda işləyən Bakı şəhər sakini İslam Əliyev tərəfindən törədildiyi müəyyən edilib.
Bölüm: Kriminal
Oxunma sayı: 151