Muəllif:

Baldızını girov götürüb ki, arvadı evə qayıtsın

Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 50, ev 33-də yerləşən yaşayış binasında bir kişinin evdə qadını girov götürdüyünün təfərrüatı bəlli olub. Xəbər verildiyi kimi,  o kişi mənzilin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.

Son məlumatlara görə, artıq həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb.

Gəncə Polisindən verilən məlumata görə, saxlanılan şəxs Abdıyev Əflatun Qəmbər oğludur. Onun girov götürdüyü qadın isə qeyri-rəsmi nikahda yaşadığı qadının bacısı olub. Belə ki, qeyri-rəsmi ər-arvadın arasında baş vermiş münaqişədən sonra qadın evi tərk edib. Əflatun Abdıyev evə gəlib həyat yoldaşını evdə görmədikdə baldızını girov götürərək həyat yoldaşının gəlməsini tələb edib. Qadın gəldikdən sonra isə Ə.Abdıyev baldızını buraxıb. Polis isə onu zərərsizləşdirməyə müvəffəq olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120