Muəllif:

Balakəndə avtomatdan atəş açan dəstədən daha biri tutuldu

Avtomobillə Balakən rayonunun Gərəkli kəndinə gələrək avtomatdan atəş açan dəstədən daha bir gənc tutulub. Yerli polisin əməliyyat tədbiri nəticəsində ötən gün Niva markalı avtomobillə rayonun Gərəkli kəndində avtomat silahdan atəş açan dəstədən daha biri — Gərəkli kənd sakini Fərid Alqayev (1993) tutulub. Bu qəribə təsir bağışlayan hadisənin motivlərinin axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacağı bildirilir. Hazırda polis hadisənin digər iştirakçıları — rayonun Qullar kəndinin sakinləri, İsrafil Aydın oğlu Sarıyev (1991) və Emil Şadnus oğlu Dibirovun (1995) tutulması istiqamətində isə axtarışların davam etdirildiyi deyilir ().

Niva ilə Gərəkli kəndinə gələrək Kalaşnikov avtomatından bir neçə dəfə atəş açan şəxslərin 5 nəfər olduğu bəlli olub.
Polis bu dəstədən 3 nəfəri — Nivanı idarə edən, Mahmalar kənd sakini, Polad Kamil oğlu Sultanov (1993), Kalaşnikov avtomatından havaya atəş açan, Balakən şəhər sakini, Murad İlqar oğlu Əzizov və Fərid Murtuz oğlu Alqayev (1990) tutulub.

RPŞ-dən bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.
Hadisədə istifadə olunan avtomat silahı M. Əzizova məxsus olub. Baş vermiş hadisə ilə bağlı CM 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195