Muəllif: Redaksiya
Baku Taxi Company daha 1000 avtomobil gətirəcək
TX4 avtomobillərinin operatoru qismində çıxış edən Baku Taxi Company bu ilin sonunadək «London Taxi» şirkəti ilə daha 1000 avtomobilin göndərişinə dair müqavilə imzalamağı planlaşdırır. Bu barədə Trend-ə çərşənbə günü Baku Taxi Company rəhbəri İlqar Qasımov bildirib. Onun sözlərinə görə, şirkət yeni avtomobillərin alışı üzrə planlarını saxlamaqdadır və bu ilin sonunadək sifarişin yerinə yetirilməsi nəzərdə tutulur.
Qasımov qeyd edib ki, avtomobillərin tədarük cədvəli müqavilədə müəyyənləşdiriləcək: «Paytaxtın taksiyə olan tələbatını təmin etmək üçün yeni avtomobillər Azərbaycanda ilk Avropa Oyunlarına qədər idxal ediləcək».
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 185