Muəllif:

«Baku Fires» bu gün Rusiya ilə qarşılaşır

Bu gün Ümumdünya Boks Seriyasının (WSB) III turundan təxirə salınan görüşdə «Baku Fires» klubu Bakıda Rusiya komandası ilə qarşılaşacaq. Azərbaycan Boks Federasiyasına istinadən, bu görüş Rusiya paytaxtında keçirilməli olsa da, qarşılıqlı razılığa əsasən Bakıda olacaq. Komandaların heyətləri artıq bəllidir:
Baku Fires — Rusiya
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) — Məhəmməd Şeyxov (Rusiya)
61 kq. Xurşid Tocibayev (Özbəkistan) — Viktor Batalov (Rusiya)
73 kq. Jaba Xositaşvili (Gürcüstan) — Qamzat Qazəliyev (Rusiya)
85 kq. İaqo Kiziria (Gürcüstan) — Aleksandr Xotyantsev (Rusiya)
+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) — Vitali Kuduxov (Rusiya)
Qonaq komandanın heyətində ən təcrübəli boksçulardan biri Qamzat Qazəliyevdir və Xositaşvilinin rəqibi olacaq. Boksçu 2005-ci ildə yeniyetmələr arasında Avropa çempionu olub. 2010-cu ildə Rusiya çempionatında gümüş mükafat alıb, bir il sonra Neft Ölkələrinin Dünya Kubokunda 2-ci olub.
Dünya çempionumuz, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu mövsüm WSB liqasında ikinci döyüşünü keçirəcək. Həmyerlimiz Rusiya komandasının təcrübəli üzvü Vitali Kuduxovla üz-üzə gələcək. Kuduxov 2006-cı ildə yeniyetmələr arasında dünya, 1 il sonra isə Avropa çempionu olub. Kuduxov ötən il Rusiya çempionatında 3-cü yeri tutub. Rusiyalı boksçu WSB liqasında keçirdiyi 7 görüşün 5-də qalib gəlib.
Komandamızın heyətində bu mövsüm Xurşid Tocibayev və İaqo Kiziria ilk döyüşlərini keçirəcəklər. 2008-ci ildə Pekin olimpiadasının iştirakçısı olan Tocibayev ötən mövsüm «Mexico Guerreros» klubunun heyətində 3 döyüşün ikisində qalib gəlib. Qonaqlarda isə Viktor Batalov və Qamzat Qazəliyev debüt edəcəklər.
Turnir cədvəli:
1. Baku Fires — 15 (5 görüş)
2. Mexico Guerreros — 13 (6)
3. Poland Hussars — 9 (6)
4. Argentina Condors — 7 (5)
5. Rusiya — 4 (3)
6. Desert Hawks — 3 (5)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 312