Muəllif:

Bakının öz Su İdmanı Sarayı olacaq

Bakının çağdaş tələblərə cavab verən öz Su İdmanı Sarayı olacaq. Aprelin 19-da Su İdmanı Sarayının təməlqoyma mərasimi olub və mərasimdə dövlət başçısı İlham Əliyev də iştirak edib. Prezident əvvəlcə sarayın tikintisini aparan xarici mütəxəssislərlə görüşüb. Gənclər və idman naziri Azad Rəhimov layihənin texniki göstəriciləri haqqında Prezidentə məlumat verib. Oval biçimdə tikilən binanın ümumi sahəsi 45 min 929 kvadratmetr, tikili altı sahəsi 13,810 kvadratmetr, hündürlüyü isə 35,2 metr olacaq.

6028 izləyici yeri olan sarayda üç üzgüçülük hovuzu, fitnes zal, restoran, konfrans zalı, duş otaqları, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun digər işçi və köməkçi otaqlar tikiləcək. Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olan kompleksin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb.

Saray ərazisində avtomobil dayanacağı tikiləcək, yaşıllıq zolaqları salınacaq, istirahət sahələri yaradılacaq. Sarayda müasir idman avadanlığı, inventarlar, ventilyasiya sistemi, nəmalma qurğusu, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları, liftlər quraşdırılacaq, əraziyə giriş-çıxış yolları çəkiləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 257