Bakıda üçlü gimnastika yarışı keçirilir
Azərbaycan Gimnastika Federasiyası Bakıda üç idman növü — idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə turnir keçirir.Üçlü yarışlarda 107 gimnast iştirak edir. Gimnastlar paytaxtın 5 idman cəmiyyətini (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonu idman məktəbi, «Neftçi» və «Təhsil» cəmiyyətləri), o cümlədən Sumqayıtı təmsi edirlər (Trend).
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışın açılışında deyib ki,
Gimnastika Federasiyası artıq belə üçlü yarışları təşkil etmək təcrübəsinə malikdir: «İlk belə trurnir ötən ilin sonunda keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar arasında müsbət rəy formalaşdırıb».
Turnirin birinci günü idman gimnastıları mübarizə aparırlar. Günün sonuna qədər qaliblər müəyyən olunacaq.
Akrobatlar və tamblinqlə məşğul olan idmançıların yarışı isə iki gün davam edəcək.