Muəllif:

Bakıda türk bəzək və miniatür sənəti sərgisi açıldı

Bakı Muzey Mərkəzində türk bəzək və miniatür sənəti sərgisinin açıldıb. Sərgi Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Sərgidə nümayiş olunan miniatürlərin müəllifi, türkiyəli rəssam xanım Sərhan Çiftçigüzəl tədbirdə çıxış edərək deyib ki, belə bir sərginin Bakıda təşkil olunmasından çox şaddır: “Bundan əvvəl belə bir sərgi İstanbulda da təşkil olunub. İstəyirdim ki, siz də bu rəsmlərlə tanış olasınız. Şadam ki, sərgi insanların marağını cəlb etdi və onlar sərgini çox yaxşı qarşıladılar. Buna görə çox sevinirəm”.

 Türkiyə səfiri İsmayıl Alper Coşqun bildirib ki, bu, Bakıda fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin təşkil etdiyi ilk belə tədbirdir. Səfir deyib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr çox yüksək səviyyədədir və gələcəkdə də bu sahədə tədbirlərin keçirilməsi gözlənilir. O, rəssam Sərhan Çiftçigüzələ gələcək fəaliyyətində uğurlar arzulayıb. Sərgi mayın 18-dək davam edəcək.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207