Muəllif:

Bakıda saxta kabel istehsalı aşkarlanıb

Bakıda saxta kabel istehsalı aşkarlanıb.İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycanda Sabunçu rayonunda saxta elektrik kabel və naqillər istehsal edən müəssisə aşkar edib. Nazirliyin məluumatında bildirir:

«Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi, 10 B ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Vaqif Manaf oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta elektrik kabel və naqillər istehsal edildiyi müəyyən olunmuşdur. Belə ki, sexdə istehsal olunan elektrik kabel və naqillərin Türkiyənin «Özgüven kablo, sanayi ve ticaret LTD» şirkətinin istehsalı kimi saxtalaşdırılaraq istehlakçılara «Yurd kablo» və «Onur kablo» adları altında təqdim edildiyi aşkarlanıb».

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar sex sahibinə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 324