Muəllif: Redaksiya
Bakıda qadınlar da avtomobil qaçırmağa başladı
İndiyədək avtomobil qaçırmağın «kişi peşəsi» olduğunu eşitmişdik. Bəlli olur ki, qadınlar da avtomobil qaçırmaq «biznesinə» qoşulublar. Hardasa bir ay əvvəl Bakıda minik avtomobilini qaçıran Daşkəsən sakini Gəncədə yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən bildirilir ki,iyunun 13-də saat 04 radələrində M.Rüstəmov küçəsində Bakı şəhər sakini Murad Davudova məxsus Hyundai-Sonata markalı avtomobil qaçırılıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova iyulun 9-da avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.
Bölüm: Kriminal
Oxunma sayı: 157