Muəllif:

Bakıda peşəkar ev oğrusunun yaxası ələ keçib

Nəhayət ki, polis Bakıda evlərdən silsilə oğurluq edərək vətəndaşlara külli miqdarda ziyan vurmuş şəxsi ələ keçirə bilib. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu 15-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Oktay Mirzəliyev yaxalanıb.
Müəyyən edilib ki, o, 2012-ci il noyabrın 15-də Kürdəxanı qəsəbəsi Rza Cəfərovun evindən açıq qapıdan keçmək yolu ilə 11 manat, mobil telefon, qızıl-zinət əşyaları, bu il yanvarın 5-də Zabrat qəsəbəsində Vüsal Rəsulovun evindən qızıl-zinət əşyaları, fevralın 4-də II Zabrat qəsəbəsində Samirə Hacıyevanın evindən 200 manat, gümüş əşyalar, martın 3-də Pirşağı qəsəbəsində Efida Bəşirovanın evindən qapını sındırma yolu ilə su mühərriki, ev əşyaları, mayın 8-də I Zabrat qəsəbəsində Alı Gözalovun evindən 4 min manat, 2500 ABŞ dolları, Pirşağı qəsəbəsində Mehriban Hacıyevanın evindən 254 manat, avqustun 23-nə keçən gecə Zabrat qəsəbəsində Sona Zeynalovanın evindən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı cinayət işi açılıb, Oktay Mirzəliyevin digər oğurluq və qarət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204