Bakıda növbəti iş yarmarkası təşkil ediləcək
ABŞ Təhsilli Azərbaycan Məzunları İB və Amerika Mərkəzi 23 Noyabrda karyera günü və iş yarmarkası təşkil edəcək. Sərgiyə gələnlərin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlərinin nümayəndələri ilə görüşməsi və onlarda hal hazırdakı vakansiyalar haqda ətraflı məlumat almaq imkanları olacaq.
Tədbirdə ABŞ Təhsilli Azərbaycan Məzunları İB, Azərbaycan Dillər Universitetinin, ABŞ Səfirliyinin, Azərbaycanda Amerika Ticarət Palatasın (AmCham), TQDK və «Azərenerji» ASC-in nümayəndələrin çıxışları olacaq.
Karyera günü və iş yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımağa və potensial işçiləri tapmağa və həmçinin gənclərə iş tapmaqda kömək etmək məqsədi daşıyır. Hər bir şirkətə tədbir zamanı öz reklam materiallarını yerləşdirmək üçün xüsusi bir masa veriləcəkdir. Qeyd edək ki, yarmarkada, Atəşgah Siğorta, Azəreneri ASC, Bakcell, Baker Tilly Azerbaijan, Deloitte, Ernst&Young, Fairmont Baku, GARANT holding, GDG Professionals, JAAzerbaijan, Milli Kard, Kempinski Hotel, Procter&Gamble, PwC, UniBank, PASHA Bank, SOCAR, ASAN Xidmət, AzərSu və digər şirkətlər iştirak edəcək.
Karyera günü və iş yarmarkası sonuncu kurs bakalavr və magistratura tələbələrinə və işsiz gənclərə açıqdır. Onlara əmək bazarında lazım olan bacarıqlar öyrədiləcək, həmçinin də öz karyera hədəflərini təyin etməyə köməklik ediləcəkdir. İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri ilə danışa biləcək, İnsan Resursları (HR) menecerləri ilə məsləhətləşmək və Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya almaq şansı qazanacaqlar. Eyni zamanda, həmin gün ərzində ayrıca otaqlarda «CV yazma və müsahibə bacarıqları», «Şəxsi brendin formalaşdırılması» və «Dövlət sektorunda uğurlu karyera qurmaq” mövzusunda seminarların keçirilməsi də gözlənilir.
Sərgi noyabrın 23-ü 2013-ci ildə Azərbaycan Dillər Universitetində Amerika Mərkəzində baş saat 10:00-dan 17:00 kimi baş tutacaq.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi haqqında
www.aaa.org.az
www.facebook.com/AzerbaijaniAlumniAssociation
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda təhsil və mübadilə proqramlarının məzunlarını birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bir qrup azərbaycanlı məzunun bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılmışdır. Birliyi müxtəlif mübadilə proqramlarını təmsil edən 12 məzundan ibarət idarə heyəti idarə edir. Bugünəqədər AAA vətəndaştəhsili, sosial, mədəni, potensial inkişafı layihələri həyata keçirmişdir.
Bakı Amerika Mərkəzi haqqında
www.adu.edu.az/banner/pages/americancenter.pdf
www.americancenters.az/
www.facebook.com/pages/Baku-American-Center/180989618608264
Amerika Mərkəzinin missiyası Azərbaycan ictimaiyyətini Amerika Birləşmiş Ştatları haqqında məlumatlandırmaq və Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında qarşılıqlı anlaşmanı artırmaqdır. Mərkəz 2003-cü ildə yaradılmışdır. Bakı Amerika Mərkəzi danışıq klubları, təqdimatlar, sərgilər, mühazirələr, kino gecələri və qəbullar üçün məkan kimi də xidmət göstərən kitabxanadan ibarətdir

