Bakıda avtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlardan biri ölüb
Səbail rayonunda sərnişin avtobusu ciplə toqquşub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan biri ölüb. Dövlət Yol Polisinə istinadən, bu gün Səbail rayonu, Bibi-Heybət qəsəbəsi ərazisində 205 nömrəli marşrut üzrə hərəkət edən DAEWOO markalı avtobus Toyota Prado markalı minik avtomobili ilə toqquşub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən mləumata görə, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb. Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, minik avtomobilinin sürücüsü, 1986-cı il doğumlu Seymur Sabir oğlu Həşimov ölüb.

