Muəllif:

Bakıda 40 avtobus marşrutdan çıxarılıb

Bakıda son 2 gündə 40 avtobus marşrutdan çıxarılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, idarə rəisinin göstərişinə uyğun olaraq, yaradılan işçi qrupu «Koroğlu» metro stansiyasının qarşısında sərnişinlərin xətt avtobuslarında rahat gediş-gəlişini bərpa etmək üçün reydlər keçirib.
Reyd zamanı avtobus dayanacağında dayanan 14 taksi sürücüsü, həmçinin müvafiq sənədləri olmayan 8 avtobus sürücüsü aşkarlanaraq cərimələnib. V.Əsədov bildirib ki, son 2 gündə paytaxtda keçirilən reydlərdə 40 avtobus marşrutdan çıxarılıb. O, sərnişindaşıma ilə məşğul olan hüquqi şəxslərə müraciət edərək bildirib ki, bütün dayanacaqlarda dispetçer xidmətini bərpa etsinlər və nəzarəti gücləndirsinlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 132