Muəllif:

Bakıda 4 gün əvvəl törədilən qətlin üstü açılıb.

Bakıda dörd gün əvvəl törədilən qətlin üstü açılıb. Sabail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Nəsirov küçəsində əvvəllər məhkum olunmuş, 1961-ci il təvəllüdlü Nəriman Həsən oğlu Cabbarovu döyərək qətlə yetirmiş şəxsin kimliyi müəyyənləşib.

Məlum olub ki, N. Cabbarov tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü İlqar Hüseynov tərəfindən döyülərək qətlə yetirilib.

Hadisəni törədən İ. Hüseynov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma , zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, noyabrın 29-da Səbail rayon ərazisindən döyülmə ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən H. Cabbarov aldığı xəsarətdən xəstəxanada vəfat edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127