Muəllif:

“Bakı-Tümen” qatarında 3 kq-dan çox marixuana aşkarlanıb

Gömrükçülər “Bakı-Tümen” qatarından narkotik maddə aşkarlayıblar. Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Bakı-Tümen” qatarının 11-ci vaqonunun 9-cu yerinə baxış zamanı həmin yerin sərnişini gömrükçülərə 1 ədəd əl çantasını təqdim edib. Çantada ona məxsus şəxsi əşyaların olduğunu deyən sərnişin heç bir sənədə malik olmadığını bildirib və özünü Kazımov Rövşən Göyüş oğlu kimi təqdim edib.

Hal şahidlərinin iştirakı ilə sərnişinin əl çantasına baxış zamanı orada üstü polietilen paketlə örtülmüş kisədə, eləcə də sərnişinin oturduğu oturacağın üzərindəki döşəkçənin altında, kibrit qutusunda, həmçinin üzərində şəxsi yoxlama zamanı şalvarının cibindəki kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülüb. Məhkəmə Ekspertizası Mərkəzi xalis çəkisi 3 kq 152,21 qram təşkil edən qurudulmuş marixuananın kustar üsulla hazırlandığını müəyyən edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146