Muəllif: Redaksiya
Bakı-Tbilisi-Qars dəmir yolunda işlər bir il ləngiyəsi olub
Bakı-Tbilisi-Qars dəmir yolunda işlər bir il ləngiyəsi olub. Yol 2014-cü ilin əvvəlində deyil, sonunda istifadəyə veriləcək. Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Qurban Nəzirov bəyan edib.
Əvvəllər dəmir yolunun istifadəyə verilməsi tarixi kimi 2014-cü ilin əvvəli bildirilirdi. Nəzirovun sözlərinə görə, bu ləngimə Gürcüstan ərazisində aparılan tikinti işləri və inzibati səbəblərlə bağlıdır. Tikinti səbəblərinə tunelin inşası, inzibati səbəblərə isə dəmir yolunun tikintisi ilə əlaqədar torpaq alqı-satqısında yaranan problemlər qeyd edilir.
Nəzirov bildirib ki, torpaq sahələrinin alınmasını tənzimləyən qanunvericilik aktı Gürcüstan parlamenti tərəfindən qəbul edilməlidir ki, bu proses hələ tam yekunlaşmayıb.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 138