Muəllif:

Bakı-Tbilisi-Kars: layihə bahalaşmayıb

Bakı-Tbilisi-Kars marşrutu üzrə dəmiryol xətti layihəsinin bahalaşması haqda deyilənlər həqiqətə uyğun deyil. Nəqliyyat nazirinin müavini Musa Pənahov mediaya aşıqlamasında bildirib ki, dəmiryolun bu il Gürcüstan-Türkiyə sərhədinə çatması üçün layihə üzrə işlər davam etdirilir.
Pənahov bir daha təsdiqləyir ki, gələn il dəmiryol istismara veriləcək.

Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Arif Əsgərov layihə çərçivəsində işlərin guya dayandırılması barədə xəbərləri şərh edərkən deyib ki, heç bir dəyişiklik yoxdur, dəmiryolun çəkilişində işlər qrafik üzrə gedir.
Əsgərov sözünə əlavə edib ki, Azərbaycan tərəfi bu il ərzində işlərin maliyyələşdirilməsi ilə bağlı büdcəni təsdiqləyib və bütün işlər planlaşdırılan qrafik üzrə davam edir. Əsgərov bütün işlərin bu ilin sonunadək yekunlaşacağını qeyd etmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133