Bakı-Tbilisi-Kars dəmiryolu tam gücü ilə işləyəcək
Bakı-Tbilisi-Kars dəmiryolu magistralının tikintisi layihəsinin reallaşdırılması davam edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Gürcüstan Tərəfdaşlıq Fondunun sədri İrakli Kovzanadze deyib.
«Layihə xeyli müddətdir başlayıb. Hazırda əsas olan onun həmin temp və qrafik üzrə davam etməsidir. Bu, Gürcüstanın Baş nazirinin Bakıya səfəri zamanı təsdiqlənib», — Kovzanadze qeyd edib.
Onun sözlərinə görə, bu layihə Gürcüstan iqtisadiyyatı və ümumilikdə region üçün ən güclü infrastruktur layihələrdən biri olacaq.
«Tapşırıq magistralı maksimum yük dövriyyəsi ilə təmin etməkdən ibarətdir. Əldə olan məlumatlara görə, Avropaya yüklərin belə həcmi artıq Mərkəzi Asiya və Çində var. Fikrimcə, bunun üçün Bakı-Tbilisi-Qars və Gürcüstan Dəmir Yollarının bütün gücləri işə salınacaq», — Kovzanadze bəyan edib.