Muəllif:

Bakı-Tbilisi-Kars dəmiryolu müzakirə edilib

Gürcüstanın İqtisadiyyat Nazirliyində çərşənbə axşamı Bakı-Tbilisi-Kars dəmiryolunun Gürcüstan ərazisində Marabda-Karsaxi sahəsinin çəkiliş məsələsinə baxılıb.

Nazirlikdən Trend-ə bildirilib ki, nazir İrakli Kvirikaşvili bununla əlaqədar Marabda-Karsaxi dəmiryolunun ikitərəfli koordinasiya şurasının sədri, Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin rəhbəri Cavid Qurbanovu qəbul edib. Tərəflər dəmiryolun Gürcüstan sektorunda işlərin sürətləndirilməsi üzrə tədbirləri və gələcək planları müzakirə ediblər.

Bakı-Tbilisi-Kars dəmir yolunun tikintisi layihəsi çərçivəsində 2007-2012-ci illər ərzində 431,3 milyon dollar xərclənib. O cümlədən 2012-ci ildə Azərbaycan hökumətinin kreditindən 151,5 milyon dollar sərf edilib. Bakı-Tbilisi-Kars dəmiryolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında inşa olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 376