Bakı-Tbilisi-Bakı reysində biletlər ucuzlaşacaq
Bakı-Böyük Kəsik-Bakı dəmiryol reysi üzrə xüsusi daxili tariflərin tətbiqi Bakı-Tbilisi-Bakı reysinə biletlərin qiymətinin 20 faiz ucuzlaşmasına səbəb ola bilər. Bu barədə çərşənbə axşamı Trend-ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovdeyib: «Əgər misal üçün, kupedə bir yerin biletinin qiyməti təxminən 25 manat təşkil edirsə, xüsusi tarif tətbiq edildikdə qiymət 20 manata yaxın olacaq. Hazırda tarifin dəqiqləşdirilməsi üzrə iş aparılır, konkret rəqəmi isə bir qədər sonra söyləmək mümkün olacaq».
Bakı-Tbilisi sürət qatarı hər gün paytaxtdan yerli vaxtla saat 20:30-da yola düşür.
N.Əzməmmədovun qeyd etdiyinə görə, xüsusi daxili tariflərin qəbul edilməsi barədə qərar Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin axınını yüksəltmək məqsədilə qəbul edilib.