Muəllif:

Bakı Şəhər İH Milli Şuraya sürücülük məktəbinin həyətini göstərir

Avqustun 15-də Milli Şuranın Mitinq Komitəsinin genişləndirilmiş toplantısı keçirilib.
Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, toplantıda demokratik qüvvələrin 100-dən artıq fəalının qatıldığı iclasda təşkilatın 18 avqust mitinqinə hazırlıq səviyyəsi müzakirə olunub. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev təşkilatın mitinqlə bağlı qərarlarının mahiyyəti və mitinqə hazırlığın gedişi ilə bağlı çıxış edərək iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
İclas Milli Şuraya daxil olan siyasi qüvvələrin — AXCP, ACP, EL Hərəkatının, ALP, KXCP və Müsavat Partiyasının Bakı şəhəri və Abşeron rayonu üzrə yerli təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilib.
Milli Şura avqustun 18-də Bakıda 4 ünvandan birində (Dərnəgül, Nərimanov metrolarının qarşısındakı meydan, Təbriz kinoteatrının qarşısı, Bayıl qəsəbəsindəki sürücülük məktəbinin stadionu) mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdən artıq 3 gün keçməsinə baxmayaraq meriya təşkilatçılara cavab verməyib.

Bakı meriyası Milli Şuranın Bayıl qəsəbəsində mitinq keçirməsinə icazə verib

Bakı meriyası Milli Şuranın avqustun 18-də saat 17:00-dan 20:00-dək Bayıl qəsəbəsində sürücülük məktəbinin qarşısında mitinq keçirməsinə icazə verib. Bu barədə avqustun 16-da meriyadan Milli Şuraya daxil olan cavabda bildirilir.
Ötən gün siyasi partiya və ictimai təşkilatların fəalları aksiyaya hazırlıq məsələlərini müzakirə etmək məqsədilə iclas keçiriblər.
Xatırladaq ki, mitinq seçkilərin keçirilməsi üçün demokratik şəraitin təmin olunması və siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189